Sentetik əsaslı məhsullar

Teak Oil
Məhsulun kodu: 895-9050
Teak Oil – daha çox suya məruz qalan və açıq havada istifadə olunan tik, maun, sapelli, iroko və gül ağacı kimi sərt və yağlı taxta məmulatların asan və sürətli şəkildə keyfiyyətini saxlaması üçün tətbiq olunan xüsusi bir məhsuldur. Suya davamlıdır. Ultrabənövşəyi şüaların təsirlərinə, kif, göbələk və ağac qurdu kimi canlılara qarşı müqavimət qorumanı təmin edir. Bu məhsul taxta məmulatlara asanlıqla hopur və onların havalanmasına mane olmur. Bundan əlavə, Teak Oil taxta məmulatın quruluşunu qoruyaraq ona dekorativ xüsusiyyət verir.










