Haqqımızda

Şirkətimiz 2003-cü ildən boya sahəsində fəaliyyət göstərir. 2003–2023-cü illər aralığında böyük təcrübə qazanmış, bir çox iri layihələri uğurla icra etmişik və bu dövr ərzində sahədə etibarlı tərəfdaş kimi tanınmışıq.
2023-cü ildən isə TS ÜNLÜ Group MMC adı altında fəaliyyətimizi davam etdiririk. Eyni zamanda uğurlu inkişafımızı daha da gücləndirmək üçün yenidən marka quruluşu həyata keçirmiş və fəaliyyətimizi müasir standartlara uyğun şəkildə davam etdirmişik.
Peşəkar komandamızla birlikdə həm fərdi, həm də korporativ müştərilərə yüksək keyfiyyətli boya xidmətləri təqdim edirik. Təklif etdiyimiz məhsullar arasında su əsaslı boyalar, epoksi boyalar, dekorativ boyalar, sənaye boyaları, inşaat boyaları, mebel boyaları, su və termo izolyasiya sistemləri və digər müasir həllər yer alır. Bu məhsullar hər layihədə uzunömürlü və estetik nəticə təmin edir.
İllər ərzində qazandığımız etimad və təcrübə bizi boya sahəsində etibarlı tərəfdaş kimi tanıtdırır. Məqsədimiz müştərilərimizə yalnız boya deyil — keyfiyyət, estetik görünüş və davamlılıq təqdim etməkdir.
Biz kimik?
2003-cü ildə təsis edilmiş "TS Ünlü Group" MMC mebel, inşaat, sənaye və digər sahələrdə tələb olunan istənilən növ boyaların satışını həyata keçirir.
Vəzifəmiz
Müştəri məmnuniyyətini nəzərə alaraq keyfiyyətli məhsulların satışını həyata keçirməkdir.
Məqsədimiz
Məqsədimiz dünya standartlarına uyğun məhsullarını sizlərə təqdim etməkdir. İlk fəaliyyətinə Türkiyə Cümhuriyyətindən boya məhsullarının idxal və topdan satışı ilə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmiş və əməkdaşlıq etdiyi ölkələrin siyahısına BƏƏ, Çin, İran , Rusiya, İtaliya kimi İstehsalçı ölkələri də əlavə etmişdir.
Məhsullarımız
"TS ÜNLÜ Group" MMC Bakı şəhərində eləcə də Azərbaycanın bütün bölgələrində distributoru olduğu şirkətlərin brend məhsullarının satışını təşkil edir.












