Selülozik əsaslı məhsullar

Selülozik Dolğu Vernik
Məhsulun kodu: 614-0001
Selülozik Dolgu Vernik – nitroselülozik əsaslı, həlledicilərin (solvent) buxarlanması ilə quruyan dolğu lakıdır. Yüksək doldurma gücü, sürətli quruma, rahat və asan cilalanma, hər cür səthə asan yapışma və elastiklik bu məhsulun ən fərqli xüsusiyyətləridir. Bu məhsulla laklanmış taxta məmulatın rəngi və keyfiyyəti dəyişməz olaraq qalır.










