Sentetik əsaslı məhsullar

Yat Vernik Mat
Məhsulun kodu: 125-3054
Yat Vernik Mat – üretan alkid əsaslı və tək komponentli taxta lakıdır. Bu məhsul havada oksidləşmə ilə quruyur. Üretan alkid əsaslılığı sayəsində bu lak cızılmaya və aşınmaya davamlıdır, səthlərə sərtlik, elastiklik və mat görünüş verir. Bu məhsul həmçinin müxtəlif hava şəraitinə, su və kimyəvi maddələrə qarşı da davamlıdır.










